İdmansevərlər üçün daha bir kanal gəlir
29 oktyabr, 2015 16:42
Rusiyada “NTV+” şirkəti ilə “Rossiya-2” arasında əldə edilən ortaq razılaşma əsasında yeni “Match TV” kanalı fəaliyyətə başlayacaq.
Razılaşmaya görə, bundan sonra “Rossiya-2” kanalının adı dəyişəcək və “Match TV” olacaq. Kanalda “NTV+” şirkətinin idman şərhçiləri də çalışmağa başlayacaq.
Bu kanalda dünyanın ən maraqlı futbol oyunları canlı yayımlanacaq. Ən əsası isə kanal “NTV+” paketinin tərkibində pullu olaraq deyil, “Rossiya-2” kanalının tezliyində pulsuz olaraq təqdim ediləcək.
Azərbaycanda da idmansevərlər yeni kanala kabel televiziyasının standart paketində baxa biləcəklər.