Rus Dram Teatrının ən çox bilet satılan tamaşası: “Qürur və qərəz”
29 oktyabr, 2015 16:41
Teatrdan Gün.Az-a verilən məlumata görə, bu, teatrın ən çox bilet satılan tamaşasıdır.
Tamaşanın rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir.
TamaşadaAzərbaycanın əməkdar artistləri Omir Nağıyev, Natalya Balıyeva, həmçinin teatrın artistləri İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.
Onu da qeyd edək ki, bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir.
Bu əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.