Türkiyədə Cumhuriyyət quruluşunun 92-ci ildönümü qeyd olunur
29 oktyabr, 2015 16:38
Ankarada və ölkənin bütün yaşayış məntəqələrində bayram mərasimləri təşkil olunur.
Məlumata görə, Türkiyənin bayram tədbirləri ali dövlət rəsmilərinin Ankarada Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məqbərəsinin (Anıtkabir) ziyarəti ilə başlayacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında parlament partiyalarının rəhbərləri və millət vəkillərinin, eyni zamanda, tanınmış ictimai fiqurların iştirakı ilə xüsusi qəbul keçirəcək.