Vahid Əhmədov: “Doing Business”in hesabatında irəliləməyimiz uğurlu göstəricidir”
29 oktyabr, 2015 16:38
Bunu Gün.Az-a açıqlamaslında iqtisadcı, millət vəkili Vahid Əhmədov dilə gətirib.
Onun sözlərinə görə, məlum hesabatda Azərbaycanın ötən illə müqayisədə 17 pillə irəliləməsi də təsadüfi deyil.
O, qeyd edib ki, bu dünyada gedən qlobal iqtisadi təlatümlər fonunda bır sıra dövlətlərlə müqayisədə Azərbaycanın öz iqtisadi inkişaf tempini qoruyub saxlaması ilə bağlıdır.
“Bununla yanaşı, ötən müddət ərzində ölkə Prezidenti tərəfindən atılan bir sıra addımlar, ölkədə sahibkarlığın, biznes mühitinin yaxşlaşdırılması, sahibkarlara qarşı qanunsuz müdaxilələrə son qoyulması və sair məsələlərlə bağlı verilən tapşırıqlar, imzalanan sərəncam və fərmanlar da bu məsələdə mühüm rol oynayır.
Elə son dövrlərdə bir-birinin ardınca verilən sərəncamlar, fərmanlar, sahibkarlarla bağlı yoxlamaların iki illiyinə dayandırılması, lisenziyaların bir çoxunun verilməsinin “ASAN” Xidmətə həvalə olunması dediklərimizə əyani sübutdur.
Ona görə bu kimi tədbirləri bundan sonra daha da gücləndirmək və sürətləndirmək lazımdır ki, Azərbaycan növbəti illərdə ən ön yerlərdə olsun. Bunun üçün də hər cür şərait və imkanlar var” - deyə, V.Əhmədov sözlərinə əlavə edib.