WizzAir təyyarələri ilə səyahət qaydaları
29 oktyabr, 2015 16:37
Bir istiqamətdə uçuş 39.99 avrodur. Bu qiymətə vergi, ölçüsü 42x32x25 sm olan baqaj daxildir. Böyük baqaj üçün isə əlavə ödəniş etmək lazımdır. Eyni zamanda əl baqajı və uçuş zamanı yemək və içki sifarişi də pulludur.
Qeyd edək ki, dünən Bakıda “Wizz Air” və “Ground Handling Company” arasında reyslərə xidmət üzrə saziş imzalanması mərasimində danışan macar şirkətinin nümayəndəsi Yojef Varadi bildirib ki, uçuşlar 2016-cı il martın 27-də başlayacaq.