Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gün.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15, Bakıda gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.