Sabiq baş nazir 500 milyard dolları oğurlamaqda ittiham olunur
28 oktyabr, 2015 17:21
“Vatan” qəzetinə istinadən xəbər verir ki, İraq parlamentinin Korrupsiyaya qarşı araşdırma komissiyasının sözçüsü Adil Nuri ölkənin sabiq baş naziri Nuri Əl- Malikinin 8 illik hakimiyyəti dövründə 500 milyard dolların yoxa çıxdığını deyib.
A.Nuri bu barədə verdiyi açıqlamada aşağıdakıları qeyd edib:
“Dünya korrupsiya tarixinə nəzər salsaq, heç bir ölkədə bu müddət ərzində 500 milyard dolların yoxa çıxması faktına rast gəlmərik.
Əl-Maliki baş nazir keçdiyi 2006-cı ildən 2014-cü ilə qədər olan 8 illik dövrdə İraqın tək neft gəlirlərindən əldə edilən vəsaitin həcmi 822 milyard dollardır.
Bundan başqa, ABŞ və digər ölkələr də İraqın inkişafı üçün ümumilikdə 250 milyard dollar həcmində yardım veriblər.
Yəni 8 il ərzində İraqın dövlət xəzinəsinə 1 trilyon dollardan çox vəsait daxil olsa da, bunu yarısının hara yoxa çıxdığı məlum deyil”.