WizzAir Bakıya uçuş qiymətlərini elan etdi
28 oktyabr, 2015 17:19
Bakıda “Wizz Air” və “Ground Handling Company” arasında reyslərə xidmət üzrə saziş imzalanması mərasimində danışan macar şirkətinin nümayəndəsi Yojef Varadi bildirib ki, bir istiqamətdə uçuş üçün biletin qiyməti 39,99 avro olacaq.
Onun sözlərinə əsasən, uçuşlar martın 27-də başlayacaq.
Reyslər həftədə iki dəfə, çərşənbədən cümə axşamına keçən gecə və bazar günündən bazar ertəsinə keçən gecə baş tutacaq.