“Qarabağ”ın qapıçısı milli komandaya çağırıldı
27 oktyabr, 2015 16:02
Bosniya və Herseqovina millisi 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off-da İrlandiya yığması ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunu noyabrın 13-də Bosniya və Herseqovinada, cavab qarşılaşması isə üç gün sonra İrlandiyada keçiriləcək.
Azərbaycan çempionatında “Qarabağ” forması geyinən İbrahim Şehiç Bosniya və Herseqovina millisinin baş məşqçisi icazə verəcəyi təqdirdə bu oyunlarda forma geyinə biləcək.