Xəbərlər

Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında Saziş imzalanıb
26 oktyabr, 2015 16:10

BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi ilə İngiltərənin Oksford Universitetində “Paylaşılan dünyanın çağırışları” mövzusunda olub.

Səfər çərçivəsində nazir Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri arasında görüş keçirilib və “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7–ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair Saziş” imzalanıb.

Saziş ev sahibi ölkə ilə BMT Sivilizasiyalar Alyansı arasında müvafiq öhdəlik və tələbləri nəzərdə tutur.

Görüş zamanı həmçinin, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması bu qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.

Qeyd edək ki, BMT-nin yaradılmasının 70 illik yubiley günü olan 24 oktyabr tarixində müqavilənin imzalanması Azərbaycan Hökuməti və BMT əməkdaşlığında əlavə simvolik məna daşıyır.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.