Türkiyədə əsgərləri bu dəfə terrorçular deyil, ildırım öldürdü
23 oktyabr, 2015 17:27
“Trend”ə istinadən xəbər verir ki, Hakkari vilayəti Yüksekova rayonunun Dağlıca bölgəsində əməliyyata gedən hərbçiləri ildırım vurub.
Bədbəxt hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 11 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, Hakkari vilayəti PKK terrorçularının ən aktiv olduğu yerlərdən biridir. Burada tez-tez Türkiyə ordusunun əsgərləri ilə terrorçular arasında atışmalar baş verir.