Xəbərlər

Fikrət Yusifov prezidentin fərmanını şərh etdi
23 oktyabr, 2015 17:26

Dövlət başçısının bu fərmanını şərh edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qeyd edib ki, Azərbaycanın ərazisindən dəmir yolları, dəniz nəqliyyatı və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması bu sahədəki pərakəndəliyi və bu pərakəndəliyin nəticəsində yaranan bütün neqativ halları aradan qaldıracaq.

“Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə beynəlxalq yüklərin ölkəmizin ərazisindən daşınmasına maksimum əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən biridir”.

O hesab edir ki, tarix boyu şimalla cənubu, şərqlə qərbi birləşdirən ən səmərəli ticarət yollarının keçdiyi bu məkanın imkanlarını genişləndirmək üçün hazırda çox münbit bir şərait yaranıb və görünən odur ki, dövlət bu imkanlardan maksimim yararlanmaq əzmindədir. 

O hesab edir ki, ölkədə beynəlxalq yükdaşımalar üçün nəqliyyat infrastrukturunun ən yüksək standartlara cavab verə biləcək səviyyədə qurulması bu sahədəki işlərin həmin səviyyəyə uyğun koordinasiya edilməsini də zəruri edir. 

“Beynəlxalq yükdaşımaların ölkə ərazisində lazımi səviyyədə koordinasiya edilməməsi bu sahədə bir sıra problemlərin yaranmasına gətirib çıxarmışdı. Tranzit yükdaşımaları sahəsində bütün məsələləri təkcə əlverişli coğrafi mövqeyimizin öhdəsinə buraxmaq olmaz. Bu, sonda milyon tonlarla ölçülən yüklərin bizim ərazimizdən yayınaraq başqa ərazilər vasitəsilə daşınmasına gətirib çıxara bilər”.

F.Yusifov vurğulayıb ki, ərazi baxımından yükdaşımanın sərfəli olması hələ hər şey demək deyil.

“Hər bir yük sahibi bu amilə üstünlük verməklə yanaşı, yüklərin iqtisadi cəhətdən daha sərfəli şərtlərlə daşınmasında da maraqlıdır. Bu sahədə yaranmış vəziyyətə çox tənqidi bir münasibət sərgiləyən Prezident Nazirlər Kabinetinin son toplantısında bununla bağlı öz narahatlığını ifadə etdi”

İqtisadçı hesab edir ki, transit yükdaşımaları üzrə koordiyasiya şurasının yaradılması haqqında prezidentin fərmanı sözügedən sahədə mühüm dəyişikliklərə - yükdaşımaların keyfiyyətinin yüksəldilməsinə, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin optimallaşdırılmasına və nəticə etibarı ilə tranzit yukdaşımalarından ölkəmizin əldə etdiyi gəlirlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq. 

“Bir qədər də konkretləşdirsək, deyə bilərik ki, ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyəti və səmərəliliyi artdıqca, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınlarını müşahidə edəcəyik”.  

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci il 9 ayın nəticələrinə həsr edilən müşavirəsində çıxış edərkən, tranzit yükdaşımaları sahəsində yaranan vəziyyəti sərt tənqid etmişdi və yükdaşıyanlar qarşısında sərt şərtlərin qoyulduğunu qeyd etmildi.

İclasda İlham Əliyev qeyd etmişdi ki, indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir.

“Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır?

Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin”.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.