Xəbərlər

Dünya şöhrətli mütəxəssis Leyla Əliyevanın dəvəti ilə Azərbaycana gəlib
22 oktyabr, 2015 14:47
biomüxtəlifliyin mühafizəsi üzrə dünyaşöhrətli mütəxəssis professor oktyabrın 19-dan 22-dək ölkəmizdə səfərdə olub.
 
Səfər çərçivəsində professor Makdonald IDEA İctimai Birliyi və Ümumdünya Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə görüşlər keçirib.
 
D.Makdonald həmçinin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb.
 
Oktyabrın 19-da isə professor Makdonaldın ADA Universitetində biomüxtəlifliyin mühafizəsi haqqında geniş mühazirəsi keçirilib. 
 
D.Makdonald biomüxtəliflik və onun mühafizəsi, bu sahədə görülən işlər, bioloji müxtəlifliyin qorunma problemləri kimi məsələlərə toxunub, həmçinin direktoru olduğu Vəhşi Təbiətin Mühafizəsi təşkilatının fəaliyyəti, xüsusilə də onun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
 
Təqdim olunmuş geniş mühazirədə ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan 100-dən çox IDEA könüllüsü və ADA Universitetinin tələbələri iştirak edib.
 
Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb.
 
1986-cı ildə professor Makdonald tərəfindən təsis edilmiş “WildCru” dünyanın təbiətin mühafizəsi üzrə ixtisaslaşmış ən böyük institutu hesab edilir. “WildCru”-nun əsas məqsədi elmi nəzəriyyə ilə praktiki tədbirlər arasında körpü yaratmaqla biomüxtəlifliyin mühafizəsində müşahidə olunan boşluqları aradan qaldırmaqdan ibarətdir. Hazırda təşkilatın 50-yə yaxın elmi işçisi müxtəlif ölkələrdə fauna növlərinin mühafizəsi həyata keçirilən layihələrə rəhbərlik edirlər.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.