Stüardessaya əxlaqsız təklif edən sərnişinə görə təyyarə məcburi eniş edib
22 oktyabr, 2015 14:45
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İraldniyanın paytaxtı Dublindən Türkiyənin İzmir şəhərinə uçan təyyarədə qeydə alınıb.
İçkili halda olan bir irlandiyalı sərnişin təyyarədə stüardessanın qarşısında soyunmağa başlayıb və cinsi əlaqəyə girməyi təklif edib.
Digər sərnişinlər bu hərəkətinə görə irlandiyalı sərnişinə etirazlarını bildiriblər və bundan sonra ara qarışıb.
Məsələ barədə xəbər tutan pilotlar təyyarəni məcburi olaraq Serbiyanın Belqrad şəhərindəki hava limanına endiriblər. Həmin sərnişin hava limanındakı polislərə təhvil verilib.
Təyyarə daha sonra İzmirə hərəkətini davam etdirib.