Çempionlar Liqasında gecənin nəticələri
21 oktyabr, 2015 17:42
E qrupunun lideri “Barselona” BATE-nin qonağı olub. Kataloniyalılar gözlənildiyi kimi qalib gəliblər. “Bayer” isə öz meydanında qrupun autsayderi “Roma” ilə qarşılaşıb. Olduqca həyacanlı və gərgin keçən oyunda 8 qol vurulsa da, matçda qalib müəyyənləşməyib - 4:4.
“Bavariya” lideri olduğu F qrupunun autsayderi “Arsenal”la görüşüb. "Topçular" öz meydanlarında 2 cavabsız qolla qalib gəlib. Hərəyə 1 qələbəsi olan “Olimpiakos”la Zaqreb “Dinamo”su isə 2-ci pillə uğrunda vacib əhəmiyyət kəsb edən matçda üz-üzə gəliblər. Yunanlar səfərdə minimal hesablı qələbəyə seviniblər.
G qrupunun liderləri ev oyununa çıxacaq. Kiyev “Dinamo”su “Çelsi” ilə görüşdə liderliyinin təsadüf olmadığını sübut etmək isətəsə də, nəticə hər iki komanda üçün də qənaətbəxş olmayıb - 0:0. Sonuncu pillənin sahibi “Makkab”ni qəbul edəcək “Porto” isə ciddi çətinliklə üzləşməyib - 2:0.
H qrupunun liderləri “Zenit”lə “Valensiya” da xal hesabını ev oyununda artırıblar. Şimallılar “Lion”u məğlub ediblər - 3:1.
“Yarasalar” isə Belçika təmsilçisi “Gent”ə qalib gəliblər.
Çempionlar Liqası, qrup mərhələsi, III tur
E qrupu
BATE – “Barselona” - 0:2
Qollar: Rakitiç, 48, 64
“Bayer” - “Roma” - 4:4
Qollar: Çiçarito, 3 (pen.), 19, Kampl, 84, Mehmedi, 86 - De Rossi, 29, 38, Pyaniç, 54, Falke, 73
F qrupu
“Arsenal” – “Bavariya” - 2:0
Qollar: Jiru, 77, Özil, 90+4
“Dinamo” Z - “Olimpiakos” - 0:1
Qol: Braun, 79
G qrupu
“Porto” – “Makkabi” - 2:0
Qollar: Abubakar, 37, Brahimi, 41
“Dinamo” K - “Çelsi” - 0:0
H qrupu
“Zenit” - “Lion” - 3:1
Qollar: Dzüba, 3, Halk, 56, Danni, 83 - Lakazette, 49
“Valensiya” - “Gent” - 2:1
Qollar: Fequli, 15, Mitroviç, 72 (öz qapısına) - Foket, 40