VII Beynəlxalq Uşaq Muğam Festivalı başlayır
21 oktyabr, 2015 17:41
Musiqi yarışmasında səkkiz ölkənin - Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə təmsilçiləri bir araya gələcək.
Gənc muğam ifaçılarının çıxışları xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.