Xəbərlər

Hicran Hüseynovadan xəbərdarlıq: “Vətəndaşlar erkən nikaha qarşı çıxmayınca, rəsmi qurumların işlərinin faydası olmayacaq”
21 oktyabr, 2015 17:40
AZƏRTAC-a istinadən xəbər verir ki, Dəyirmi masada BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin (CEDAW) Azərbaycan ilə bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunub. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək erkən nikah, qadın zorakılığı, qadın hüquqlarının pozulması kimi aktual problemlərdən danışıb.
 
Onun sözlərinə görə, Azərbaycanda erkən nikah halları digər dövlətlərlə müqayisədə azdır. Komitə sədri vurğulayıb ki, vətəndaşlar özləri erkən nikah hallarına qarşı çıxmayınca, rəsmi qurumların apardığı işlərin faydası olmayacaq.
 
H.Hüseynova son illərdə Azərbaycan qadınlarının əldə etdiyi nailiyyətlərdən də söhbət açıb. 
 
O, deyib ki, Azərbaycanda diplomat qadınların sayı artaraq 181-ə çatıb. Ölkədə rayon icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı artaraq 78-ə, qadın hakimlərin sayı isə 65-ə yüksəlib:
 
“Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notarial orqanlarında çalışanların isə 40 nəfəri qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.