Xəbərlər

İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib
20 oktyabr, 2015 17:40
AZƏRTAC-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd etdi. Əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğuladı.
 
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İran İslam Respublikasına rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlətimizin başçısı ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə inkişafından məmnunluğunu ifadə etdi. Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan Prezident İlham Əliyev bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirdi. 
 
Dövlətimizin başçısı ölkələrimizin uğurlu əməkdaşlığının regionda sabitliyin möhkəmləndirilməsi baxımından rolunu xüsusi qeyd edərək bildirdi ki, bütün bunlar dövlətlərimizin siyasətlərinin xalqlarımız tərəfindən dəstəkləndiyini göstərir.
 
İsmayıl Cabbarzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İsmayıl Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar Ulu Öndər tərəfindən qoyulduğunu məmnunluqla qeyd etdi.
 
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.