“Qatil” bədii filminin təqdimatı keçiriləcək
20 oktyabr, 2015 17:39
Nizami Kino Mərkəzindən Gün.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.