Xəbərlər

Qüdrət Həsənquliyev: “Bəzi xarici şirkətlərə gömrük rüsumları ilə bağlı güzəştlərin edilməsi digər şirkətlərin narazılığına səbəb ola bilər”
20 oktyabr, 2015 17:31

Dünya bazarında Azərbaycan nefti 50-52 dollara satılır. Belə olan halda neft-qaz fəaliyyəti üzrə ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumlarından azad olunur. Bu doğru deyil.

Gün.Az-ın verdiyi xəbərə əsasən, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı edilən müzakirələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər xarici şirkətlər var ki, onlar öz fəaliyyətləri üzrə yüksək gəlirlər əldə edirlər:

“Hesab edirəm ki, bəzi xarici şirkətlərə gömrük rüsumları ilə bağlı güzəştlərin edilməsi digər şirkətlərin narazılığına səbəb ola bilər”.

Deputat Arif Əşrəfov da çıxış edərək bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər qanunvericiliyi də daha da təkmilləşdirilməsi ilə bağldır:

“Yaşayış yeri olduğu əmlakın təqdim olunduğu vergidən söhbət edir. Bu maddədəki dəyişiklikliyə bir də baxılmalıdır. 1985-90-ci illərdən kimsə 20 minə ev alıb, bu gün əmlakını baha satırsa o demək deyil ki o, orada gəlir əldə edib. Burada vergi tutulmasına hesab edirəm ki, yenidən baxılmalıdır”.

Çıxışlardan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.