Erməni futbolçu Bakıya gəlməyəcək – Alman klubundan açıqlama
19 oktyabr, 2015 15:01
Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq:
“Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü rahat hiss etməyəcəksə, təbii ki, bunu nəzərə almalıyıq”.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya Dortmund” matçı oktyabrın 22-də keçiriləcək.