Xalça Muzeyində “Sevinən ölkəm”
19 oktyabr, 2015 15:00
Tədbirdə iştirak edən, həmçinin muzeyin məktəbli qonaqlarına “Mənim Müstəqil dövlətim” adlı intelektual oyun və Müstəqillik gününü əks etdirən suallar verilib. Uşaq Muzeyi şöbəsinin təqdimatında “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması), “Özün toxu”(kilim, palaz toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompüterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (vətənə sevgi hissini uşaqlara yaşatmaq üçün, üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən çox maraqla qarşılanıb.
“Sevinən ölkəm” adlı tədbir Maisə Əzizovanın bədii rəhbərliyi ilə “Uşaq teatrı” dərnək üzvlərinin ifalarında Tofiq Quliyevin “Bakı haqqında mahnı”sı, Nikolay Ostrovskiyin “Qoy həmişə günəş olsun”, “Arşın mal-alan” operettasından qızların xoru, "Qaynana" filmindən “Biz mehriban ailəyik” və Emin Sabitoğlunun “Siravi Əhməd” adlı musiqi nömrələri ilə davam etdirilib.