Xəbərlər

Bakıda “Mahnıdan-Şarkıya” layihəsi təqdim olunub
19 oktyabr, 2015 15:00

“Mahnıdan-Şarkıya” adlı birgə layihədə Azərbaycan şairlərinin sözlərinə türk bəsəkarlarının, türk şairlərinin sözlərinə isə Azərbaycan bəstəkarlarının yazdıqları mahnılar səsləndirilib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədriFirəngiz Əlizadə bildirib ki, ilk dəfədir belə maraqlı bir layihə həyata keçirilir:

“Bu layihənin gerçəkləşməsinə çox şadam. Ümid edirəm ki, bu, bizim uzunmüddətli iş birliyimizin başlanğıcıdır”.

İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız isə layihənin həyata keçirilməsinə dəstək verən TİKA və TÜRKSOY-a təşəkkür edib.

Onun sözlərinə görə, konsertin ikincisi noyabrın 19-da Ankarada baş tutacaq və TRT AVAZ-la canlı yayımlanacaq. 2016-cı ildə isə layihənin Şimali Kiprdə və digər türk dilli ölkələırdə davam etdirilməsi nəzərdə tutulub.

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə bəstəkarlar Firəngiz Əlizadə, Cavanşir Quliyev, Həsənağa Adgözəlzadə, Sərdar Fərəcov, Cəlal Abbasov, Elza Seyidcahan, Rüfət Ramazanov, Uğur Top, Pınar Köksal, Zekai Tunca, Faruk Şahinin mahnıları səsləndirilib.

Qeyd edək ki, şairlər, Məmməd Araz, Rəsul Rza,  Nigar Rəfibəyli, Səməd Vurğun, Nəriman Həsənzadə, Yunus Emre, Nedim Ucar, Durmuş Kaya və digərlərinin sözlərinə yazılmış bəstələri Fidan Əliyeva, Aytən Babayeva, Oya Ergen, Sərxan Bünyadzadə ifa edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.