Qadın “Facebook”a görə ərini bıçaqladı
19 oktyabr, 2015 14:56
“Milliyet” qəzetinə istinadən xəbər verir ki, özəl təhlükəsizlik şirkətində işləyən Ayşe E. “Facebook”dan istifadəni ona qadağan edən ərini bıçaqlayıb.
Məlumata görə, əri “Facebook”a girdiyi üçün növbəti dəfə ona narazılığını bildirəndə, qadın bıçağı götürərək ərinin qarnına və çiyninə zərbə endirib.
Hadisədən xəbər tutan polislər qadını həbs ediblər və ona qarşı qəsdən adam yaralama ittihamı üzrə cinayət işi qaldırılıb.
Ərin şikayətçi olmadığna baxmayaraq, ilkin mərhələdə 3 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilən Ayşe E. 7 ay 15 gün müddətində cəza hökmü çıxarılıb.