Ukrayna Krımın işığını kəsəcək
19 oktyabr, 2015 14:56
Ukrayna prezidentinin saytında yerləşdirilmiş Krımın elektrik enerjisi ilə təminatının dayandırılmasına yönəlik petisiya zəruri sayda tərəfdar toplayıb.
Bu prosedurdan sonra həmin məsələyə dair rəsmi sənəd Ukrayna prezidenti Pyotr Poroşenkoya təqdim olunacaq.
P.Poroşenkoya göndəriləcək həmin sənəddə Krımın Ukraynasız yaşaya bilməyəcəyi qeyd olunub:
“Krım Ukraynasız yaşaya bilməz. Əgər bütün krımlılar bunu başa düşsələr, o zaman yarımadanın tezliklə yenidən Ukraynanın nəzarətinə keçməsinə ümid yaranar”.
Petisiyanın müəllifi Ukraynanın mövcud Krım siyasətini də tənqid edib:
“Hökumətin indiki siyasəti Krımın Ukraynasız yaşamasının zərərini dərk etməyə imkan vermir”.