Xəbərlər

Vüqar Bayramov: “Prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür”
19 oktyabr, 2015 14:55
Çünki dövlət büdcəsinin gəlirlərinin diversifikasiyası birbaşa vergili daxil olmaları həcmindən aslıdır. Vergi ödənişlərinin həcminin artması neft sektorundan asılılığın minumuma enməsinə imkan yaradır.
 
Gün.Az xəbər verir ki, bunu iqtisadiyyatçı-ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 9 ayın yekununa həsr edilən iclasında çıxışını şərh edərkən deyib.
 
Ekspert qeyd edib ki, ölkə Prezidenti eyni zamanda Dövlət Neft Fondunun vəsaitlərinə qənaət edilməsi məsələsini də diqqətə çatdırmışdır. 
 
“Ölkə başçısı bildirmişdir ki, bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. Dövlət Neft Fondundan ənənəvi transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir.
 
Deməli, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması büdcənin cari xərclərinin ödənilməsinə imkan verəcək. Neft Fondunun vəsaitlərindən isə yalnız investisiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə edilməsi dövlət aktivlərimizin həcminin qorunub saxlanmasına imkan verəcək. Bu olduqca strateji yanaşmadır”.
 
İqtisadçı bildirir ki, praktik olaraq, dövlət başçısının son çıxışı ölkə iqtisadiyyatının strateji inkişaf konturlarını bir daha təqdim etdi.
“Məhz bu strategiya neftin dünya bazar qiyməti hətta aşağı olduğu dövrlərdə belə Azərbaycan iqtisadiyyatının istənilən xarici böhranın təsirlərindən qoruyacaq.
 
Təbii  ki, Azərbaycanda sahibkarlara ən böyük dəstəyi də məhz hər zaman cənab Prezident nümayiş etdirib. Prezident son çıxışı ilə bir daha təsdiq edib ki, sahibkarların yanındadır: Dövlət başçısı həm bu gün sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, həm də sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılması ilə bağlı siyasi iradə ortaya qoyub”.
 
V.Bayramov sözlərinə əsasən, aparılan monitorinq də göstərir ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları  yoxlayırlar və bu, heç də sahibkarlara xoş niyyətdən irəli gəlmir.
 
“Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruridir.
 
Dövlət başçısının çıxışında qeyd etdiyi digər problemlərin inhisarçılıq, bazara çıxış imkanlarının məhdud olması ilə əlaqədar olduğunu söyləyib. Burada problemin aradan qaldırılması yollarından biri də elektronlaşmadır.
 
Ümumiyyətlə, istər lisenziyalaşma sistemi, istər də digər problemlərin həlli birbaşa elektronlaşma ilə bağlıdır. Bütövlükdə prezidentin çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür”.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.