“London taksiləri” arasında qiymət fərqi var
19 oktyabr, 2015 14:53
Daha sonra hər kilometr üçün əlavə olaraq 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpikdir.
Lakin, bu bütün bənövşəyi rəngli taksilərdə qiymət eyni deyil. Belə ki, kənarlarında şahmat damalı bəzəyi olan London taksilərində əyləşən kimi 3 manat hesaba yazılır. Amma bu taksilərdə 3 kilometrə qədər əlavə məbləğ yazılmır. 3 kilometrdən sonra isə digər taksilrdə olduğu kimi eyni tarif üzə məbləğ hesablanır.
Məlumata görə, bu taksilər isə Bakıya yeni gətirilən qırmızı rəngli avtobusların da daxil olduğu “Baku Bus MMC” şirkətinindir.
Bəziləri bu taksilər arasında qiymət fərqini bilsələr də bir çox insan bundan xəbərdar deyil. Ona görə də, yaxın və ya uzaq məsafəyə gedəcək sərnişinlər qiymətləri nəzərə alaraq hansı taksidən istifadə edəcəklərinə qərar verə bilərlər.