Əfsanəvi futbolçu karyerasını bitirəcəyi tarixi açıqlayıb
14 oktyabr, 2015 17:22
Hazırda “Nyu-York Kosmos” klubunun heyətində Şimali Amerika çempionatında mübarizə aparan “Real”ın unudulmaz kapitanı mövsüm bitən kimi karyerasına nöqtə qoyacağını deyib.
Şimali Amerika çempionatında isə mövsüm noyabrda başa çatacaq. Bununla bağlı klub rəhbərliyi ilə görüşən Raul artıq məşq etməyin onun üçün çətin olduğunu və oyunlarda bütün gücünü ortaya qoya bilmədiyini söyləyib. İspaniya millisinin sabiq üzvü bundan sonra vaxtını ailəsinə həsr etmək fikrindədi.
Qeyd edək ki, 1994-2010-ci illər aralığında “Real”ın formasını geyinmiş Raul bu müddətdə 10 dəfə La Liqa çempionu olub, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Superkubokunun və 1 dəfə Qitələrarası Dünya Kubokunun qalibi adına yiyələnib.
2010-2012-ci illərdə “Şalke”də çıxış etmiş veteran forvard bu müddətdə Almaniya Kuboku və Almaniya Superkubokunu başı üzərinə qaldırıb. O, 2012-ci ildə yollandığı Qətərin “Əl-Sədd” klubu ilə ölkə çempionu olub. Futbolçu bu ildən “Nyu-York Kosmos”da çıxış edir.