Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq
14 oktyabr, 2015 17:20
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında baş tutacaq tədbirdə “Toya bir gün qalmış” tamaşası təqdim ediləcək. Həmçinin yubilyarın həyat və fəaliyyəti haqqında məlumat veriləcək.
Afaq Bəşirqızı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır. O, Əməkdar Artist, Xalq Artisti fəxri adlarına və “Qızıl Dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.
“Şöhrət” ordenli sənətkar bu il avqustun 13-də teatr və kino sənətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin “Fəxri diploma” ilə təltif edilib.