Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından 7513 nəfər keçib
14 oktyabr, 2015 17:19
Nazirliyin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, onlardan 7513 nəfər imtahanlardan uğurla keçib.
İmtahanlarda birinci cəhddən 246 nəfər keçə bilməyib. Sertifikasiya imtahanlarında iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90, 1022 nəfəri isə 60-75 bal toplayıb.
İlin sonunadək keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.