Xəbərlər

Xoşbəxt Yusifzadə: “Hazırda SOCAR yeni texnologiyalar vasitəsilə tədqiqat işlərinə başlamaq istəyir”
14 oktyabr, 2015 17:17
 APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib:
 
“Son illər Azərbaycanın kəşf etdiyi yataqlar qaz-kondensat yataqlarıdır. Baxmayaraq ki, qaz-kondensat yataqlarında böyük həcmdə kondensat var, ölkədə neftin səviyyəsini stabil saxlamaq üçün neft yataqları kəşf etmək lazımdır”.
 
X. Yusifzadənin sözlərinə görə, SOCAR dənizdə axtarış-kəşfiyyat işlərini böyük dərinlikdə aparır:
 
“Bu dərinliklərdə də əsasən qaz-kondensat yataqlarıdır. Orada neft yataqlarının kəşfi mürəkkəbdir. Biz artıq yenidən quruda axtarışlara qayıdırıq. Orada mezozoy çöküntüləri var və bu çöküntülərdə çoxlu işlər aparılır.
 
Hazırda SOCAR yeni texnologiyalar vasitəsilə tədqiqat işlərinə başlamaq istəyir. Bu barədə biz bir sıra xarici şirkətlərlə müqavilələr bağlamışıq. Hazırda orada tədqiqat işləri aparılır ki, gələcəkdə mezozoy çöküntülərində kəşfiyyat işlərinə başlayaq”.
 
X.Yusifzadə qədər “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə pay bölgüsü sazişinin ilin sonunda imzalanacağını bildirib:
 
“Bu ilin sonuna qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalanacaq”.
 
Onun sözlərinə görə, sənəd 2024-2040-ci illəri əhatə edəcək:
 
“Prezident İlham Əliyev bu məsələni müsbət qiymətləndirib və bu müqavilənin imzalanması üçün ilin sonuna qədər vaxt verib. Bu şirkətlər AÇQ blokunda işləyirlər, ona görə, yaxşı olar ki, həmin şirkətlər bu işləri davam etdirsinlər”.
 
Qeyd edək ki, AÇQ üzrə bağlanmış pay bölgüsü müqaviləsinin müddəti 2024-cü ildə bitir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.