İlham Əliyev: Bu ağır dəqiqələrdə Azərbaycan xalqı Türkiyə xalqının yanındadır
09 oktyabr, 2015 17:04
AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, dövlət başçısı İlham Əliyev Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.
Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.