Xəbərlər

Elşən Məmmədəliyev: “Ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 200 manata yaxındır”
09 oktyabr, 2015 17:02
Onun sözlərinə görə, pensiyaçıların 778 850 nəfərini və ya 60,2 %-ni yaşa görə, 371 941 nəfərini və ya 28,8 %-ni əlilliyə görə, 141 800 nəfərini və ya 11 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 2015-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir.
 
E. Məmmədəliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətləri elektronlaşdırıb. Həmin  xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya  kalkulyatoru vasitəsilə  pensiyasının məbləği barədə məlumat  almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək baxımından çox əhəmiyyətlidir. Onlar həmçinin bu xidmətlər vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını  onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı  barədə məlumatları əldə etmək imkanına malikdir.
 
 Şöbə müdirinin sözlərinə görə, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.
 
E.Məmmədəliyev həmçinin diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin  azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.