“AVRO 2016”: 16 vəsiqənin sahibi məlumdur
12 oktyabr, 2015 16:58
Fransa ev sahibi olduğu üçün çempionata birbaşa qatılacaq.
Digər 15 komanda isə son iki gündə keçirilən oyunlardan sonra məlum olub.
Seçmə mərhələdə uğur qazanan 15 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 4 yığma - İsveçrə, Rumıniya, Albaniya və Polşa isə 2-ci yeri tutub. Digər 5 komandanın ilk iki yerdən hansını tutacağı dəqiqləşməyib.
Fransa (meydan sahibi)
İngiltərə
Çexiya
İslandiya
Avstriya
Şimali İrlandiya
Portuqaliya
İspaniya
İsveçrə
İtaliya
Belçika
Uels
Rumıniya
Albaniya
Almaniya
Polşa
Bundan başqa, üç komanda 3-cü yeri təmin edib. Həmin yığmalar İrlandiya, Macarıstan və Danimarkadır. Onlar ən azı pley-offa vəsiqəni təmin edib. Lakin üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.