Səfir Hindistan sərgisi ilə tanış olub
12 oktyabr, 2015 16:57
Sərginin rəhbəri Şarma Rac səfirə sərginin gedişi barədə məlumat verib.
S.Ranan Gün.Az-a açıqlamasında bildirib ki, burada Hindistanın sənət nümunələri, əl işləri nümayiş olunur:
“Azərbaycan xalqı sərgiyə maraq göstərir. Arzu edirəm ki, bu maraq daha böyük olsun. Onlar sərgiyə gəlib, Hindistan sənət nümunələri ilə tanış olub və onlardan və yararlansınlar”.
Diplomat deyib ki, qarşıdakı günlərdə Bakıda digər hind sərgiləri də keçirməyi düşünürlər:
“15 oktyabrda Hindistanın Sənayə və Ticarət Palatataları Federasiyasının Bakıda sərgisi olacaq. Orada müxtəlif hind şirkətləri iştirak edəcək. Onu da deyim ki, Hindistanda Azərbaycan mallarına çox böyük maraq var. İkitərəfli ticarət münasibətlərimiz genişlənir, biz istərdik ki, ölkəmizdə Azərbaycan mallarının da sərgisi keçirilsin”.
Qeyd edək ki, Hindistan sərgisi oktyabrın 1-18-dək davam edəcək. Sərgidə geyim, bəzək, məişət əşyaları, təbii kosmetik məhsullar, ədviyyatlar, məşhur hind çayları satılır.