Xəbərlər

Filmlərimiz beynəlxalq festivalda mükafat qazanıb
12 oktyabr, 2015 16:56
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” və “Nabat” bədii filmləri “Urania”, “Village Cinema” və “Actors Studio” kinoteatrlarında nümayiş etdirilib.
 
Festivalın yekununda ən yaxşılar nominasiyası üzrə qaliblərin adları açıqlanıb. “Ən yaxşı baş rol ifaçısı” nominasiyasında “Nabat” bədii filminin baş qəhrəmanı, Nabat rolunun ifaçısı Fatima Motamed-Arya qalib elan olunub.
 
Rejissor Asif Rüstəmovun ekranlaşdırdığı digər Azərbaycan filmi “Axınla aşağı” isə “Ən ümidverici debüt” nominasiyasında fəxri mükafata layiq görülüb.
 
“Axınla aşağı” filminin rejissoru Asif  Rüstəmov “Nabat” filmində baş rolu canlandıran aktrisa Fatimə Motamed-Arya, “Azərbaycanfilm” kinostudiyasının direktoru, ssenarist və kinoprodüsser Müşfiq Hətəmov və kinostudiyanın əməkdaşları da festivalda iştirak ediblər.
 
Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu “Lets cee” beynəlxalq film festivalı, eyni zamanda film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Yüzdən artıq ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz əldə edib.
 
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkəmiz artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.