Moskvada terror hazırlayan qrupdan 5 kiloqramlıq bomba götürülüb
12 oktyabr, 2015 16:55
Məlumata görə, ötən günün ikinci yarısında xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilmiş 10 nəfərlik dəstə üzvləri Orta Asiya dövlətlərinin vətəndaşları olub.
Bildirilir ki, əməliyyatdan öncə terrorçuların yerləşdikləri binada qaz təchizatı dayandırılıb və 120 sakin təxliyə edilib.
O da qeyd olunub ki, Moskvada aşkar edilmiş bomba öz tərkibinə görə Ankara terrorunda istifadə olunmuş bombalara bənzər olub – fərq yalnız partlayıcının işə salınma mexanizmində olub.