Səfir: "Azərbaycan və İranın dəmir yolu xətləri 2016-cı ilin sonuna kimi birlәşәcәk"
12 oktyabr, 2015 16:48
9-10 oktyabr tarixlәrindә Astara-Astara görüşünün nәticәlәri barәdә danışan səfir deyib ki, bu mәqsәdlә Azәrbaycan tәrәfindә 7 km vә İran tәrәfindә 2 km dәmir yolu xәtti çәkilmәlidir:
"Azәrbaycan artıq 10 gün әrzində bu prosesә başlayacağını bildirib. Hәmçinin, Astara çayının üzәrindә körpü tikilmәlidir. Bu körpünün tikilmәsi barәdә dә artıq razılıq әldә olunub. Körpünün tikinti xərcini tərəflər yarıbayarı ödəyəcək. Hәr iki ölkә Asiya vә Avropaya açılan bir qapıdır vә ikisi dә tranzit vә yükdaşıma mәrkәzinә çevrilmәk niyyәtindәdir. Hәmçinin 4 milyon ton potensiala malik gömrük terminalı inşa olunacaq".
Diplomat Rәşt-Astara dәmiryol xәttinin tikintisinә dә toxunub, onunla bağlı işlәrin hәlә başlamadığını deyib. Əlavə edib ki, hazırda Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisinә maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Bu dәmiryol xәttinin uzunluğu 170 km olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmir yolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq.