Azərbaycan yığması son oyununda böyük hesabla qələbə qazanıb
06 oktyabr, 2015 15:10
AFFA-dan bildiriblər ki, Gürcüstan komandası ilə qarşılaşan yığmamız böyük hesabla qələbə qazanıb – 5:0. Merve Özdemirin hettrik etdiyi qarşılaşmada hərəyə bir dəfə Dilgə Uyğun və Gültac Məmmədəliyeva fərqləniblər.
Komandamız 3 xalla qrupda 3-cü yeri tutub. Birinci yerdə Belçika (9 xal), ikinci pillədə isə Çexiya (6 xal) qərarlaşıb. Gürcüstan komandası oyunları 0 xalla qrupun dördüncü pilləsində başa vurub.