Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və “Kinofest” prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Kino həftənin üçüncü günü- oktyabrın 3-də Bakıda qonaq olan Rusiyanın tanınmış prodüser, rejissor, ssenarist və ictimai xadimi Aleksey Pimanov “Nizami” Kino Mərkəzində çəkdiyi “Oveçka Dolli bıla zlaya i rano umerla” filminin nümayişdən qabaq, tamaşaçıların qarşısında çıxış edib.
Filmini təqdim edən A.Pimanov həmçinin, Bakının müasir, gözəl şəhər oldugunu və Bakı sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd edib.
Xatırladaq ki, Rusiya Kino həftəsi oktyabrın 7 –nə qədər davam edəcək və filmər hər gün saat 18 : 40 kinomərkəzin böyük zalında nümayiş olunacaq.
Filmlərə giriş sərbəstdir.