Bakıda Caspian Air Cargo sammiti keçirilir
06 oktyabr, 2015 14:55
AZAL, Silk Way Group, Silk Way Airlines, Boeing, AviationPlus, Cargolux Chapman Freeborn-un dəstəyi ilə keçirilən forumun təşkilatçıları hazırda böyük yük aviadaşıyıcıların elit klubunun üzvü olan Azərbaycanın yük daşıyıcısı Silk Way West Airlines və Euroavia İnternational-dır.
Qeyd edək ki, hazırda Azərbaycanın təyyarə parkı nəhəng Boeing 747-8 Freighter də daxil olmaqla, ən müasir təyyarələrdən ibarətdir. Bakı dünyanın hər tərəfinə yüklərin vaxtında çatdırılmasını təmin edən aviadaşıma mərkəzinə çevrilib.