Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb, mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.
Onların bəziləri yüksək gəlirli iş və ya ailə qurmaq vədi ilə aldadılaraq, xaricə aparılır. Sonra da fiziki və cinsi istismara məruz qalır, kimisi isə orqan transplantasiyasının qurbanı olur.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşada Könül Şahbazova, İlhamə Əhmədova, Rauf Hüseynli, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Vüsalə Bəşirova, Xəyalə Meydanova, Şahin Kazımov, Ruslan Hüseynov, Türkan Şahmarlı, Günay Pirizadə oynayıblar.
Qeyd edək ki, tamaşa oktyabrın 7-də saat 12:00 da Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında təqdim olunacaq.