Xəbərlər

Kosmik sənaye sahəsində Azərbaycan-Fransa əməkdaşlığı müzakirə edilib
05 oktyabr, 2015 14:15

İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir Əli Abbasov qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb. 

Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.

Əli Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”nın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.

Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir Paskal Mönye münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağın olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Daha sonra nazir Əli Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə Paskal Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.

Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.