Universitetdə “pulsuz şorba” üsyanı
02 oktyabr, 2015 14:30
“Vatan” qəzetinə istinadən xəbər verir ki, Bursadakı Uludağ Universitetinin rəhbərliyi şəhərin Nilufər Bələdiyyəsinin Görükle korpusunda tələbələr üçün pulsuz şorba, simit, və çay paylanmasının qarşısını alması ali məktəbdə gərginliyə səbəb olub.
Rəhbərlik tələbələrə pulsuz yemək verilməsinin müvafiq vəqf tərəfindən həyata keçirilməli olduğunu əsas gəirib.
Lakin rəhbərliyin bu arqumenti tələbələri qane etməyib və onlar internet vasitəsilə korpusda pulsuz yemək verilməsinə yaradılan maneənin aradan qaldırılması tələbi ilə “Əlinizi şorbamızdan çəkin” adlı kampaniyaya başlayıblar.
Eyni zamanda, Nilufər Bələdiyyəsi sözügedən korpusda olmasa da, tələbə yataqxanası ərazisində tələbələlə pulsuz yemək verilməsinin davam etdiriləcəyini açıqlayıb.