Sevinc Həsənova: “Gələn il yaşayış minimunun həddi 136 manat təşkil edəcək”
02 oktyabr, 2015 14:30
Onun bildirdiyinə görə, 2016-cı ildə inflyasiyanın səviyyəsi 3,3 faiz proqnozlaşdırılır.
Bununla yanaşı, 2016-cı ildə neftin hasilatının 40,7 milyon ton təşkil edəcəyi nəzərdə tutulur.
Nazir müavini həmçinin qeyd edib ki, tikinti sektoru nəzərə alınmamaqla, qeyri-neft sektorunda 5,3 faiz artım gözlənilir.
“Həmçinin 2016-cı ildə qeyri-neft sənayesində 9 faiz, xidmət sektorunda 4,8 faiz artım nəzərdə tutulur”, - deyə S.Həsənova vurğulayıb.
Müzakirələr zamanı çıxış edən millət vəkili Vahid Əhmədov isə “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin vacibliyini dilə gətirib.
Deputat qeyd edib ki, ölkənin bütün strukturlarında maliyyə nəzarətinin gücləndirilməsinə ehtiyac var:
“Çünki yerlərdə faktiki olaraq, maliyyə idarələri icra başçılarının tapşırıqlarını yerinə yetirirlər. Yəni maliyyə bölgüsü icra başçılarının az qala kefindən asılı olur.
Düzdür, maliyyə naziri tərəfindən dəfələrlə bu məsələyə münasibət bildirilib, yerli maliyyə şöbələrinə ciddi tapşırıqlar verilir, amma fakt faktlığında qalır.
Odur ki, nəhayət, parlamentdə bu istiqamətdə qanunun qəbuluna, başdan tutmuş ayağa qədər bütün strukturlarda maliyyə şəffaflığının
təmin olunmasına, maliyyə nəzarətinin gücləndirilməsinə ehtiyac var”.