Samir Şərifov: “Neftin bir barelinin qiyməti 50 dollar, optimist variant kimi 60 dollar nəzərdə tutulur”
02 oktyabr, 2015 14:29
Nazir, 2015-ci illə müqayisdə 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalmasının səbəblərini dünyada baş verən qlobal proseslər, həmçinin neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu baxımdan 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə titulub.
Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur.
“Odur ki, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq”, - deyə S.Şərifov sözlərinə əlavə edib.