Xəbərlər

Müasir İncəsənət Muzeyində Niyaz Nəcəfovun “HET” adlı rəsm sərgisi açılıb
01 oktyabr, 2015 10:13

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan sənət əsərlərinin rəngkarlıq və rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindəndir.

Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009–cu ildə Venesiya Biennalisində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etməklə yanaşı, əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Niyaz Nəcəfovun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, mövzusundan asılı olmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Rəssamın bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Bəzən, onun yaratdığı əsərlər - ifadəli satira, bəzən isə gizli yumordur. Onun əsərlərində əks olunan şəxslər, real insanlar deyil, daha doğrusu, bu obrazlarda hətta kimsə özünü tanıya bilər.

Təəccübləndirən odur ki, insan daima yeni stilistik həllər axtarışındadır. Gecələri yatmır, işləyir. Bu gərginlik onun əsərlərində hiss olunur. Onun emalatxanasında çoxlu sayda eskizlər vardır ki, bitmiş iri ölçülü əsərlər qədər maraqlıdır. Niyaz əsərlərində məzmunu kifayət qədər dəqiq əks etdirir. Onun müşahidəsi “amansız”dır, heç bir detal gözdən qaçmır.

Demək olar ki, rəssam yaşananlar haqqında əsər yaradır. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir. O çoxşaxəli, həyatla, təcrübə ilə ilhamlanmış, parlaq rəng və bu cür sadəlövhlük ilə müşahidə olunur. Lakin bu incəsənətin fonu və dərinliyi tutqun olaraq qalır və qorxu, ağrı və tənhalıq ilə qeyd olunur. Onun kimliyini, onun yaradıcılığını təyin etmək və yaxud da ifadə etmək elə də vacib deyil. Sadəcə olaraq, onun simasında həqiqətən də Azərbaycan müasir incəsənətinə özünəməxsus yenilik əlavə edən rəssamı görmək lazımdır.

Böyük maraqla qarşılanan sərgi oktyabrın 20-dək davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.