Vladimir Jirinovski SSRİ-nin sabiq prezidentini məhkəməyə verib
01 oktyabr, 2015 10:09
V.Jirinovskinin iddiasına görə, M.Qorbaçovun 2014-cü ildə dərc edilmiş “Kremldən sonra” (“После Кремля”) kitabında o, ekstremist və təhrikçi kimi qələmə verilib.
Bununla əlaqədar, Rusiya Liberal-Demokratlar Partiyasının sədri V.Jirinovski M.Qorbaçova qarşı “şərəf, ləyaqət və işgüzar reputasiyanın müdafiəsi” ilə bağlı iddia irəli sürüb. O, həmçinin kitabın müəllifindən təkzib verməyi və mənəvi ziyana görə bir milyon rubl məbləğində cərimə ödəməyi tələb edir.