Bu ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması təklif olunur
01 oktyabr, 2015 10:09
Bu haqda məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcədə nəzərdə tutulan daxili borclanmanın həcminin 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılması təklif edilib: “ Bizdə daxili borclanma həddi 1,5 milyard nəzərdə tutulmuşdu. İndi isə onun üzərinə daha 3 milyard artırılması təklif olunub. Xarici borclanma isə olduğu kimi qalır”.
Qanun layihəsinə dəyişiklik qəbul edilib.