Azərbaycanlı kikboksçular Rusiyadan dünya kuboku ilə qayıdır
29 sentyabr, 2015 14:45
Bu barədə AZƏRTAC-a gənc və yeniyetmə kikboksçulardan ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov məlumat verib.
Fəxri kürsünün ən yüksək pilləsinə Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi 51 kq) və Ramiz Məmmədov (57 kq) qalxıblar. Dünya kubokunun gümüş mükafatlarına Alim Qasımov (67 kq), Tapdıq Yusifov (86 kq), Orxan Məlikov və Vüqar Cavadov (hər ikisi 91 kq) layiq görülüblər. Bürünc medalla isə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Şikar Bədəlov təltif olunub.
Həmçinin “WAKO PRO” peşəkar döyüşdə Azərbaycan döyüşçüsü Ramiz Məmmədov (57 kq) Rusiya təmsilçisi Buvaysar Pasxayev üzərində qələbə qazanıb. Təmsilçimiz bu qələbə ilə “WAKO PRO” peşəkar turnirində aktivinə bir xal yazdırıb.